Xəbər verdiyimiz kimi, bu gün Cəlilabad rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
News365.az baş verən ağır yol nəqliyyat hadisəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
News365.az hadisə nəticəsində xəsarət alanların və ölənlərin adlarını təqdim edir:
Xəsarət alanlar:
Abasova Pərvanə Yusif qızı
Babayeva Zəminə Fərhad qızı
Əliyeva Təranə Ağamirzə qızı
Cavadova Aynurə Tofiq qızı
Baxşəliyeva Xatirə Xudaş qızı
Babayeva Ülviyyə Allahbağır qızı
Əsgərova Nigar Ağahüseyin qızı
Əsgərova Rəvanə Kamil qızı
Bağırov Elşad Bağır oğlu
Əsgərov Özcan Elşad oğlu
Dünyasını dəyişənlər:
Şükürova Kəmalə İsaq qızı
Kazımova Səbiyyə Məhərrəm qızı
***
06.06.2024-cü il tarixində saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlıumata görə, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.