Cəlilabadda 14 yaşlı yeniyetmə yelləncəkdə oynayarkən ip boğazına dolaşıb.
News365.az xəbər verir ki, bədbəxt hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kazımabad kənd sakini olan 14 yaşlı qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.