Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
08 Yan 2026 11:40

Yanvarın 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

    Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


    Sizin reklam burada
    Sizin reklam burada