Buzlu yolda sürüşən maşın aşdı - VİDEO

Buzlu yolda sürüşən maşın aşdı - VİDEO
21 Yan 2026 10:52

Gecə saatlarında Bakıda yolların buz bağlaması səbəbindən qəzalar baş verib.

News365.az xəbər verir ki, belə hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının qarşısında donmuş yolda sürüşən avtomobil maneəyə dəyərək banı üzərinə aşıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobilə xeyli zərər dəyib.

Görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada