Bulvarda məhdudiyyətlər tətbiq olunacaq - Bildirişlər göndərilir

Bulvarda məhdudiyyətlər tətbiq olunacaq - Bildirişlər göndərilir
11:07

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

News365.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib.

Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir.


Sizin reklam burada
Sizin reklam burada