"Dövlət başçısının çıxışı tarixi və qlobal əhəmiyyət daşıyır".
Milli Məclisin deputatı Azər Badamov News365.az-a açıqlamasında 80-ci sessiyada İctimai Tribunadan dövlət başçısının çıxışını şərh edib.
Deputat bildirib ki, çıxış həm məzmunlu, həm də əhəmiyyətlidir və Azərbaycanın yeni reallıqları ilə qlobal çağırışlara reaksiyasını əks etdirir.
“Dövlət başçısının çıxışı tarixi əhəmiyyət kəsb edir. 80-ci sessiyaya qədər tribunadan edilən çıxışlarda işğal altındakı torpaqlarımızla bağlı beynəlxalq ictimaiyyətə müraciətlər olunmuşdu ki, Azərbaycan mövqeyinə dəstək göstərilsin. İndi isə çıxışlar yeni reallıqlar üzərində qurulur və sülh təşəbbüslərinə fokuslanır”, – deyə deputat vurğulayıb.
Azər Badamov əlavə edib ki, dövlət başçısı çıxışında 30 illik münaqişəyə diqqət çəkərək, BMT-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərarların yetərsizliyini qeyd edib:
“BMT və Təhlükəsizlik Şurası münaqişənin həlli üçün bir sıra qətnamələr qəbul edib, o cümlədən Atatürk-Minsk qrupu yaradılıb, lakin nəticə verməyib. Bu çıxış beynəlxalq qurumların qərarlarının icra gücünün zəifliyini bir daha nümayiş etdirir. Əgər BMT qəbul etdiyi qərarları icra etməkdə daha israrlı olsaydı, 2-ci Qarabağ müharibəsi baş verməzdi. BMT-nin qərarları icbaridir, amma praktikada buna riayət olunmur”.
Deputat vurğulayıb ki, dövlət başçısının tribunadan çıxışı Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə anlaşılmasında və gələcək sülh təşəbbüslərinin dəstəklənməsində tarixi rol oynayır.