Bülent Ersoydan növbəti şou: Dönər üçün Ankaradan ustanı gətizdirdi - FOTO

Bülent Ersoydan növbəti şou: Dönər üçün Ankaradan ustanı gətizdirdi - FOTO
01 Avq 2025 17:26

Sərvəti saymaqla bitməyən 'Diva' Bülent Ersoy, keçən günlərdə 16 min lirəlik borcunu almaq üçün sosial mediada paylaşım etmişdi. Ersoy bu dəfə isə tam başqa bir addımı ilə diqqətləri üzərinə çəkdi.

News365.az xəbər verir ki, Bülent Ersoy bir tanışına verdiyi 16 min lirəlik borcun qəbzlərini sosial mediada paylaşmışdı. Aldadıldığını ima edən Ersoy, “Yalvarıram, istəyən pulu dərhal geri göndərin” demişdi.

Bu paylaşımına reaksiyalar gəlincə, onu sildi və indi də lüks addımı ilə gündəmə gəlib.

Antalyadakı zəngin villasının hovuz başında dincələn Bülent Ersoy, əvvəlki axşam canı dönər istəyincə Ankaradan dönərçi gətizdirdi.

Ersoy, lüks villasının hovuz başına dönər tezgahı qurdurub təzə-təzə dönər kəsdirdi. Dönərçinin əlləri ilə dönər yedirdiyi Ersoy, “Ankaralardan buralara zahmət verdin. Ayaqlarınıza, əllərinizə sağlıq” dedi.

News365.az


Sizin reklam burada
Sizin reklam burada