Britaniya kralı xərçəngdən sağalmayacaq -"Daily Telegraph"

Britaniya kralı xərçəngdən sağalmayacaq -"Daily Telegraph"
10 İyn 2025 12:50

Britaniya kralı III Çarlzın müalicə olunduğu şiş xəstəliyinin sağalmaz olduğu bəlli olub. Bu barədə "Daily Telegraph" yazıb.


İddia edilir ki, monarxın xərçəng xəstəliyi sağalmaz həddə olsa da, yaxın zamanlarda onun ölümünə səbəb olmayacaq.

Nəşr onu da yazıb ki, 76 yaşlı kral, yəqin ki, bir neçə ildir təmirdə olan və 3 ilə başa çatdırılması gözlənilən Bukingem sarayında da heç vaxt yaşamayacaq.

Xatırladaq ki, Britaniya monarxının səhhətinin pisləşməsi 2024-cü ilin fevralında məlum olub. O zaman kralın xərçəngin hansı formasına və hansı mərhələdə diaqnoz qoyulduğu açıqlanmamışdı.

Çarlzın ənənəvi şəkildə kimyaterapiya ilə xərçəng müalicəsindən imtina etmək qərarına gəldiyi və bitki tərkibli dərmanlar, xüsusi iksirlərlə müalicə olunduğu bildirilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada