Bloger pula qənaət etmək üçün donuz yemi ilə qidalandı

Bloger pula qənaət etmək üçün donuz yemi ilə qidalandı
07 Noy 2024 14:40

Çinli bloger maraqlı addım atmasına görə internetdə müzakirələrə səbəb olub. South China Mornig Post-un yaydığı məlumata görə,  o, pula qənaət etmək üçün donuz yemi yeməyə başlayıb.

"Kong Yufeng gündə 0,4 dollar dəyərində donuz yemi yeməyə başladığını söyləyib. Qadın iddia edir ki, belə pəhriz digər qidalardan daha sağlam, hətta daha qənaətlidir. O, qidanın tərkibində soya, fıstıq və qarğıdalı olduğunu və məhsulun tam təbii olduğunu, yüksək protein konsentrasiyasına malik olduğunu söyləyib", - nəşr yazıb.

Bununla belə, çinli qadın bu cür yeməyin xoşagəlməz dada malik olduğunu qeyd edib. O, həmçinin bu cür qidaların təhlükəli olduğu üçün onun etdiklərini təkrarlamamağı məsləhət görüb. Qidalanma mütəxəssisləri məlum "pəhrizlər"in ciddi qida çatışmazlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Tural


Youtube kanalımız