"Bizə heç kim təzyiq etmək gücündə deyil"- Elnur Allahverdiyev

"Bizə heç kim təzyiq etmək gücündə deyil"- Elnur Allahverdiyev
25 Yan 2024 11:57

"Bizə heç kim təzyiq etmək gücündə deyil və heç bir qüvvə dövlətimizin tutduğu müstəqillik yolundan döndərə bilməz".

Bu sözləri News365.az-a müsahibə verən Millət Vəkili Elnur Allahverdiyev deyib.

"AŞPA-dakı nümayəndəmizin hörmətli həmkarlarımın bəyanatını alqışlayıram. Bu bəyanatla biz bir daha yüksək kürsüdən dünyaya əsasəndə bu təşkilatı Azərbaycana qarşı təzyiq aparatı olaraq istifadə edənlərə sübut etdik. Dövlətimizlə heç kim ultimatum dili ilə danışa bilməz. Bizə heç kim təzyiq etmək gücündə deyil və heç bir qüvvə dövlətimizin tutduğu müstəqillik yolundan döndərə bilməz. Azərbaycanın müstəqil siyasəti Avropada çoxlarını narahat edir, görünür bizim qələbəmiz hələ də uzun zaman kəsiyində onların dincliyinə, sakitliyinə haram olacaq. Azərbaycan öz torpaqlarını geri qaytarıb, öz ərazi bütövlüyünü təmin edib,  AŞPA-nın özlərinə oyuncaq edən ölkələrin deputatlarının Qarabağa qanunsuz səfərlərinin qarşısı alınıb, qonaq getdikləri separatçılarda hal-hazırda Bakıda həbsxanadadılar. AŞPA illər boyu bir nəfər Azərbaycanlı məcburi köçkünün taleyi ilə maraqlanmayıb, bu qurum bir dəfə olsun dağıdılmış şəhərlərimizin, kəndlərimizin aqibətini müzakirəyə çıxarmayıb, Qarabağda tarixi abidəmiz yer üzündən silinib, mənəvi irsimizi məhv ediblər, təbiətimizə qarşı müharibəaparıblar, torpaqlarımızı zəhərləyiblər və Avropalı deputatlar bunu görməzdən gəliblər. İndi bizə insan hüquqlarından danışırlar. Ermənilərin öz xoşları ilə Ermənistana köçünü faciyəyə çeviriblər, bunu "soyqrımı" hesab edirlər. Sərhətlərimizdə müşahidə missiyası yaradıblar. Görəndə ki, heç bir əməlləri tutmur, yalan və böhtanlarının üstü açılır, bizə hədə-qorxu gəlməyə başlayıblar ki, sizi təşklatdan uzaqlaşdıra bilərik və.s. Hesab edirəm ki, nümayəndə heyətimiz çox düzgün və zamanında qəbul edilmiş qərarla bu addımı atıb. Bir Azərbaycanlı olaraq dövlətimizin dönməz, qətiyyətli siyasətini dəstəkləyir və iradəmizi alqışlayıram"- deyə vurğulayıb.

Vəfa Vəliyeva


Sizin reklam burada
Sizin reklam burada