Bilgəhdə dənizdə batan var

Bilgəhdə dənizdə batan var
27 İyl 2025 22:01

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

News365.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada