Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlandı

Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlandı
26 Fev 2025 19:45

Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.


News365.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.


Fakt üzrə araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada