Bıçaqlanan futbolçunun vəziyyəti açıqlandı

Bıçaqlanan futbolçunun vəziyyəti açıqlandı
10:17

Gəncədə bıçaqlanan, "Kəpəz" futbol klubunun oyunçusu, 2002-ci il təvəllüdlü Veysəl Rzayevə təyin olunan diaqnoz açıqlanıb.

News365.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 3-ü saat 05:10-da 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".


Sizin reklam burada
Sizin reklam burada