Belçika Xarici İşlər Naziri Hadja Lahbib Azərbaycanda səfərdədir.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Belçika XİN başçısının regiona səfəri avqustun 22-də başlayıb.
O, Ermənistana gedib və həmin səfər çərçivəsində ölkənin baş naziri və XİN başçısı ilə görüşərək ermənipərəst mövqe nümayiş etdirib. Hətta “erməni soyqırımı” abidəsini də ziyarət edib. Avqustun 23-də isə Hadja Lahbib Gürcüstanda olub.