BDU-da təmir qərarı: Tələbələr digər universitetlərə yönləndirilir

BDU-da təmir qərarı: Tələbələr digər universitetlərə yönləndirilir
14:01

Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.

News365.az-ın məlumatına görə, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.

Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.

Qeyd edək ki, BDU-nun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi “Koneks Construction” MMC olub.


Sizin reklam burada
Sizin reklam burada