Baltik dənizində daha bir strateji sualtı kabel zədələnib

Baltik dənizində daha bir strateji sualtı kabel zədələnib
14 Yan 2025 09:50

Baltik dənizində daha bir sualtı kabel zədələnib.  SVT telekanalının yaydığı məlumata görə, bu kabel İsveç, Finlandiya, Litva və Almaniyanı birləşdirir.

 İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bohlin insidentlə bağlı bunları deyib: "Məlum olub ki, İsveç və Litva arasında yerləşən NordBalt kabelinin yaxınlığında lövbərdən sürüklənmə izləri var".

 Qeyd edilir ki, bunlar Çinin quru yük gəmisi Yi Peng 3-ün izləri ola bilər. Bolinin qeyd etdiyi kimi, İsveç Müdafiə Nazirliyi zədələri sahildən 160 kilometr aralıda lövbər salmış Çin gəmisinə aid edir.

Məqalədə həmçinin gəmi kapitanının məlum hərəkətləri qəsdən törətməsi ehtimal edilir.

 Xatırladaq ki, noyabrın 18-də də Baltik dənizinin dibi ilə Almaniyanı Finlandiya, İsveçi Litva ilə birləşdirən iki telekommunikasiya kabelinin qırılması məlum olmuşdu. O zaman bunun diversiya olması bəyan edilmişdi.

Tural


Sizin reklam burada
Sizin reklam burada