Bakının bu ərazisində evlər sökülür

Bakının bu ərazisində evlər sökülür
17:56

Bakıda “Xutor” qəsəbəsində böyük söküntü işlərinə başlanılacaq. 

News365.az xəbər verir ki, artıq bununla bağlı hazırlıqlar gedir. Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb. 

Məlumata görə, bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Nəsimi rayonunda böyük söküntü işlərinin başlanacağı barədə məlumat yayılıb. Söhbət “Papanin” kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.


Sizin reklam burada
Sizin reklam burada