Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı

Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı
17:21

Paytaxtın Nəsimi rayonunda naməlum şəxs “Mersedes” markalı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonunda olan 800 manatı talayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş 38 yaşlı A.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun elə həmin gün rayon ərazisində “Hunday” markalı digər avtomobildən də eyni üsulla oğurluq edərək ərazidən uzaqlaşdığı məlum olub.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada