Bakıda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunan “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunub və qalxanabənzər vəzi xəstəliklərinin müasir diaqnostika, müalicə üsulları üzrə elmi-praktik biliklərin paylaşılmasını, habelə bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını hədəfləyir.
Konfransda ümumi cərrahlar, onkoloqlar, endokrinoloqlar, radioloqlar və terapevtlər iştirak edirlər.