Bakı-Ələt yolunda yük maşını yanıb

Bakı-Ələt yolunda yük maşını yanıb
15 Mar 2025 14:30

Hadisə bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolun 55-ci kilometrliyində qeydə alınıb.

News365.az xəbər verir ki, Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın baş verib.

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobili ilə qısa müddətdə yanğın söndürülüb.




Sizin reklam burada
Sizin reklam burada