Bağçada həyatını itirən 2 yaşlı Sədəfin SON VİDEOSU

Bağçada həyatını itirən 2 yaşlı Sədəfin SON VİDEOSU
27 Sen 2024 13:26

Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib.

News365.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, hadisə "Candy kids" adlı özəl uşaq bağçasında baş verib.

Azyaşlı yemək parçasının nəfəs borusunda qalması səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib. Faktla bağlı araşdırma aparılır.




Youtube kanalımız

Oxşar xəbərlər