3 saylı uşaq eviylə bağlı yeni AÇIQLAMA: Dövlət qurumları qarşısında məsələ qaldırılıb

3 saylı uşaq eviylə bağlı yeni AÇIQLAMA: Dövlət qurumları qarşısında məsələ qaldırılıb
27 Sen 2024 16:54

"3 saylı uşaq evi sosial xidmət müəssisəsində monitorinq həyata keçirilib, saxlanma şəraiti, qidalanma və digər məsələlər araşdırılıb".

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilən sözügedən şəxslə (R.Rəsulovla) fərdi qaydada konfidensial söhbət aparılıb. Eyni zamanda, müəssisədə yaşayan digər uşaqlarla fərdi və qrup şəklində konfidensial söhbətlər aparılıb.

Müvafiq qeydlər götürülüb və faktla bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılıb.

Xatırladaq ki, müəssisənin azyaşlı sakini R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovuşaqda döyüldüyünü və təhqir edildiyini iddia edib./APA


Youtube kanalımız

Oxşar xəbərlər