"Baça bazi" mərasimlərindəki dəhşətlər

"Baça bazi" mərasimlərindəki dəhşətlər
09 İyn 2025 10:46
Farsca - beçə "bala, uşaq", bazi- "oyun" deməkdir. Yəni "uşaqlarla oynamaq". "Baça bazi"- Şərqdə kasıb, kimsəsiz azyaşlı oğlan uşaqlarını qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərə cəlb edən cinsi quldarlıqdır. "Baça bazi" mərasimlərində 5 və daha çox yaşlı oğlan uşaqlarına qadın paltarı geyindirilib məcburi rəqs etdirirlər. Həmçinin bu uşaqlar cinsi təcavüzə də məruz qalırlar.
Burada günah nə uşaqda nə də onun kasıb ailəsindədir. Günah oğlanlara tamah salan şərəfsiz adamlardır ki, onların gələcəyini və həyatlarını əllərindən alırlar. Bəzən narkotik, bəzən pul, bəzən də şantaj ilə....Bəzən də ehtiyac üzərindən ailəsini xilas etmək üçün qorxu altında. Çarəsiz qalan, gücsüz və şantaja məruz qalan oğlanları dövlət qorumalıdır. Onların həyatını onsuz da şərəfsizlər korlayıb, dövlət onları cəmiyyətə geri qaytarmalıdır.
Bunu edən hər kəs ağır cəzasını almalıdır. Özü də elə belə ağır cəza yox. Manyaklar olan həbsxana otağına salmaq lazımdır ki, oğlan uşaqlarına etdiklərinin beş qatını görsünlər ....
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada