“Azərbaycanlı adlı millət yoxdur” deyən rus tarixçisi Smolin öldü

“Azərbaycanlı adlı millət yoxdur” deyən rus tarixçisi Smolin öldü
24 İyl 2025 13:55

Rusiyada qalmaqallı çıxışları ilə tanınan tarixçi Mixail Smolin ölüb.

News365.az xəbər verir ki, o, keçmiş SSRİ xalqları, xüsusilə də türk-müsəlman toplumları barədə təhqiramiz və irqçi fikirləri ilə yadda qalmışdı.

Smolin bu ilin yanvarında NTV telekanalında çıxışı zamanı “azərbaycanlı adlı millət yoxdur” deməklə ciddi etirazlara səbəb olmuşdu. O, həmçinin iddia etmişdi ki, özbəklər və qazaxlar SSRİ yaranana qədər millət kimi mövcud olmayıb və guya özbəklər bir neçə xalqın birləşməsindən “yaranıb”.

Onun bu açıqlamaları nəinki Azərbaycanda, Orta Asiya ölkələrində də qəzəb və qınama doğurmuşdu. Sosial şəbəkələrdə və ekspert çevrələrində bu fikirlər neokolonial və imperialist yanaşma kimi dəyərləndirilmişdi.

Mixail Smolinin ölüm səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. 


Sizin reklam burada
Sizin reklam burada