Ermənistanın tanınmış araşdırmaçı jurnalisti Tatul Akopyan Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, "Mamul" nəşrində yazıb ki, hazırda proseslər daha çox gündəmə daşınır: “Azərbaycandan Naxçıvana gedən yola nəzarətin Amerika tərəfinə keçəcəyi ilə bağlı çoxlu sayda yazılar dərc olunmağa başlayıb. Bu səbəbdən bir neçə məqama toxunmaq istərdim. Birincisi, təxminən bir həftəyə Paşinyan-Əliyev görüşü gözlənilir. Bu görüşün tarixi və yeri haqqında ətraflı şəkildə sonra yazaram. İkinci diqqət çəkən məqam Tramp administrasiyasının İrəvana yolun və ya dəhlizin idarəçiliyini Amerikaya məxsus təşkilata verməyi təklif etməsidir.
Digər məsələ də var. Əgər Mehridə olmusunuzsa, o zaman Araz dərələrində dəmir yolu və ona yaxın beynəlxalq standartlara uyğun geniş miqyaslı yol tikintisinin fiziki cəhətdən çətin bir proses olduğunu anlayarsınız. Əslində əgər belə bir dəhliz olsa, o, sadəcə olaraq böyük əhəmiyyət kəsb edə bilməz. O Azərbaycanı yalnız Naxçıvan və Türkiyə ilə birləşdirəcək.
Bundan başqa, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Lakin rəsmi Bakı Minsk Qrupunun buraxılmasını tələb etməkdə davam edir. Bunu isə İrəvanın tam şəkildə dəstəkləyir... Bütün bunları həyata keçirmək asan olmayacaq.
Bir sözlə, ortada demək olar ki, müharibə yoxdur. Çünki hazırda buna ehtiyac da yoxdur..."
Tural