Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ qeydə alınıb.
News365.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 21.35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub.
Zəlzələ ocağı Yerin 31 km dərinliyində yerləşib.
Zəlzələ hiss olunmayıb.