Azərbaycanda uşaq bağçalarının sayının artan əhali və ailə sayına uyğunlaşdırılması, habelə bu müəssisələrə əlçatanlığın təmin edilməsi təklif olunur.
News365.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb.
Azərbaycanda orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi də təkliflər sırasında yer alıb.