Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək
15:07

Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

News365.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı sabiq səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək:

"Bu, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".


Sizin reklam burada
Sizin reklam burada