Azərbaycan banklarının xalis xarici aktivləri artıb

Azərbaycan banklarının xalis xarici aktivləri artıb
10:00

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 29 milyard 791,2 milyon manat təşkil edib.

News365.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 %, ilin əvvəli ilə müqayisədə 12 %, ötən ilin iyunun 1-nə nisbətən isə 18,4 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 18 milyard 514,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,3 % çox, ilin əvvəli ilə müqayisədə 6,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 5,9 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.


Sizin reklam burada
Sizin reklam burada