Axtarış aparıldı, 5 kilo narkotik aşkarlandı

Axtarış aparıldı, 5 kilo narkotik aşkarlandı
14:38

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

DİN-in mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.

Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada