Avtobus piyadanın ayağını qopardı - FOTO

Avtobus piyadanın ayağını qopardı - FOTO
03 İyl 2025 10:45

Rusiyada avtobus sürücülərinin naşılığı ucbatından baş verən faciələrin sayı artmaqdadır. Növbəti belə hadisə Nijni Novqorod vilayətinin Borski rayonunda baş verib. Ni Mash Telegram kanalının yaydığı məlumata görə, avtobus sürücüsü maşını ilə piyadanın ayaqlarının üstündən keçib.  

"İnsident Oktyabrski kəndində son dayanacaqda olub. 20 saylı marşrut xəttinin sürücüsü 50 yaşlı kişini görməyib və onun üstünə çıxıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Yerli sakinlər uzun müddətdir ki, 20 saylı marşrut xəttindən şikayətlənirlər. Çünki sürücülər dayanacaqlara və sərnişinlərə məhəl qoymurlar", - deyə Telegram kanalı yazıb. Bəzi məlumatlara görə piyadanın pəncəsi qopub.

Tural


Sizin reklam burada
Sizin reklam burada