Avropalılar gözəlliyə milyardlar xərcləyir - Kosmetika yarışında lider ölkələr

Avropalılar gözəlliyə milyardlar xərcləyir - Kosmetika yarışında lider ölkələr
17 İyl 2025 16:52

Avropalılar 2024-cü ildə gözəllik və şəxsi qulluq məhsullarına rekord məbləğ – 104 milyard avro xərcləyib. Bu, təkcə dəriyə, saça və bədənə qulluq deyil, həm də kosmetik sənayenin sürətlə böyüyən qlobal gücə çevrildiyini göstərir.

News365.az xəbər verir ki, Avropa Kosmetika Sənayesi Assosiasiyasının yaydığı məlumata görə, Avropa, ABŞ-dan sonra dünyanın ikinci ən böyük kosmetika bazarına çevrilib. Təkcə Avropa İttifaqına üzv 27 ölkədə bu sahənin dövriyyəsi 87,9 milyard avro təşkil edib.

Ən çox xərclənən kateqoriyalar:

  • Dəriyə qulluq – 30,1 milyard avro

  • Şəxsi gigiyena – 24,7 milyard avro

  • Saça qulluq – 18,1 milyard avro

  • Ətirlər – 17,1 milyard avro

  • Makiyaj məhsulları – 13,9 milyard avro

Kosmetika yarışında Almaniya birinci yerdədir – ölkədə bu sahənin bazar dəyəri 16,9 milyard avroya çatıb. Onu Fransa (14,2 mlrd), İtaliya (13 mlrd), Böyük Britaniya (12,2 mlrd)İspaniya (11,2 mlrd) izləyir.

Ən sürətlə böyüyən bazarlar isə PolşaRumıniya olub. 2024-cü ildə Polşada kosmetika sektoru 16,8%, Rumıniyada isə 7,9% artıb.

Bütün bu rəqəmlər sübut edir ki, Avropada gözəllik artıq təkcə ehtiyac deyil, həm də iqtisadi güc göstəricisinə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada