Avropa Parlamentinin 60-dan çox üzvü Aİ-nin xarici işlər nazirlərindən İsrailə qarşı təcili tədbirlər görülməsi üçün toplantı çağırıb.
News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Belə ki, millət vəkilləri Qəzzadakı ağır humanitar vəziyyət və yardım məntəqələrinə edilən hücumlara görə Təl-Əvivə qarşı sanksiyalar tələb ediblər. Deputatlar Aİ-ni "zəif və susqun" mövqeyinə görə tənqid edərək, dərhal real addımlar atmağa çağırıblar.
Onlar İsrailə qarşı silah embarqosu və Humanitar Yardım Fonduna qarşı tədbirlər təklif ediblər. Qeyd edək ki, Aİ ölkələri iyulun 15-də məsələni müzakirə etsə də, Almaniya və Avstriya kimi ölkələrin etirazları səbəbilə sanksiya qərarı qəbul edilməyib.