AVRO-2024: Türkiyə məğlub oldu, Niderland yarımfinalda

AVRO-2024: Türkiyə məğlub oldu,  Niderland yarımfinalda
07 İyl 2024 08:33

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və Türkiyə yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Oyunun 35-ci dəqiqəsində Türkiyə millisinin futbolçusu Akaydın fərqlənib. Niderland yığmasından isə 70-ci dəqiqədə De Vrey, 76-cı dəqiqədə Qakpo rəqib qapısına yol tapıblar. Beləliklə, Niderland Türkiyəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Niderland yığması yarımfinalda 1/4 finalın paralel görüşündə İsveçrəni məğlub edən İngiltərə millisi ilə qarşılaşacaq.

Yarımfinalın digər oyununda isə İspaniya Fransa millisini sınağa çəkəcək.

Görüşlər 9-10 iyulda keçiriləcək.


Youtube kanalımız

Oxşar xəbərlər