Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.
News365.az-ın məlumatına görə, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.
Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.
Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.
Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.