"Associated Press" Dnepropetrovskda geriləməni Kiyevin böyük uğursuzluğu adlandırdı

"Associated Press" Dnepropetrovskda geriləməni Kiyevin böyük uğursuzluğu adlandırdı
09 İyn 2025 10:10

"Associated Press" Ukrayna müharibəsi mövzusunda diqqət çəkən məqalə dərc edib. Nəşr yazır ki, Rusiyanın Dnepropetrovska hücumu, Rusiya ordusunun cəbhənin digər sahələrindəki uğurlarını da nəzərə almaqla, Ukrayna Silahlı Qüvvələri üçün “əhəmiyyətli geriləmə” sayıla bilər.


Məqalədə deyilir: “Sülh danışıqlarının dalana dirəndiyini və Rusiya qüvvələrinin digər istiqamətlərdə artan uğurlarını nəzərə alsaq, Rusiyanın son hücumu Ukraynanın onsuz da zəifləmiş qüvvələri üçün əhəmiyyətli uğursuzluq olacaq”.

Xatırladaq ki, iyunun 8-də Rusiya Müdafiə Nazirliyi Rusiya hərbi qüvvələrinin Dnepropetrovsk vilayətinin dərinliklərində uğurlu hücumların ardını gətirməyə davam etdiyini açıqlamışdı. Hücum dəstələrindən birinin hərbçisinin “Rossiya 1” telekanalına verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri atıq mayın 20-də regionun inzibati sərhəddini keçibmiş.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada