“Bu günə qədər bələdiyyə seçkisində 755 nəfər namizəd kimi qeydə alınıb”.
News365.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bir nəfər dünyasını dəyişdiyindən 754 nəfər namizəd qalıb:
“Ümumilikdə, 15 min 886 nəfər namizədlik üçün müraciət edib.
6 min 889 nəfər vərəqələrini götürüb. 2 079 nəfər isə imza vərəqələrini qaytarıb”.