Finlandiya hakimiyyəti ukraynalıların Ukraynaya deportasiyasına icazə verərək, onları ölümə göndərir.
News365.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fantastik dərəcədə alçaqlıq. Axı Helsinkidə insanlar başa düşmürlər ki, Zelenski Ukraynaya deportasiya edilənləri dərhal məzara göndərəcək", - Zaxarova söyləyib.
Qeyd edək ki, Finlandiya yaşayış icazəsi və ya sığınacaq verilməmiş ukraynalıların, habelə cinayət törətmiş şəxslərin deportasiyasına icazə verib.