Sankt-Peterburqda “Mavi quş” musiqili-dram teatrının uşaq studiyasının aktyoru pəhriz(Arıqlama-red.) həbləri qəbul etdikdən sonra reanimasiyaya yerləşdirilib. Bu barədə REN TV məlumat yayıb.
Qeyd edilib ki, aktyor yalnız 1 kapsul “Molekul” dərmanı qəbul edib. Nəticədə sənətçi psixotrop maddədən kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır və hələ də reanimasiyadadır.
Rusiyada azyaşlıların arıqlama dərmanlarından xəstəxanaya yerləşdirilmə adi hal alıb. Ötən ilin payızında Sankt-Peterburqdan olan səkkizinci sinif şagirdinin arıqlamağa çalışan zaman atdığı dərmanlardan sonra xəstəxanaya yerləşdirilməsi də yerli mediada gündəm olmuşdu. 14 yaşlı məktəbli qızın sözlərinə görə, o, arıqlaya bilmirmiş, amma internetdə tövsiyə olunan dərmandan istifadə edib. O, ona kömək edə biləcəyi güman edilən “möcüzə həbləri” alıb ki, nəticə də faciəvi olub.
Tural