Arif Babayev reanimasiyaya yerləşdirildi - YENİLƏNİB

Arif Babayev reanimasiyaya yerləşdirildi - YENİLƏNİB
24 İyl 2025 15:46

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

News365.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

"Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır" - qurumdan qeyd edilib.

***

Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.


Sizin reklam burada
Sizin reklam burada