Ankarada təhsil dayandırıldı - SON DƏQİQƏ

Ankarada təhsil dayandırıldı - SON DƏQİQƏ
10 Apr 2025 23:50

Ankara valisi Vasip Şahin, gözlənilən qar və fırtına səbəbindən şəhər ərazisində sabah təhsilə fasilə verildiyini açıqlayıb.


Vali Şahin sosial media hesabında verdiyi açıqlamada bildirib:


"Son meteoroloji qiymətləndirmələrə əsasən, sabah səhər saatlarından etibarən başlayacaq qar yağışının günorta saatlarına qədər təsirli olması, bəzi yerlərdə 15 santimetrədək qar örtüyü yaratması və 40-60 km/saat sürətlə əsən güclü külək və fırtına gözlənildiyi üçün, uşaqlarımızın bu çətin hava şəraitindən təsirlənməməsi və mağdur olmamaları məqsədilə valiliyimizə bağlı olan bütün dövlət və özəl təhsil müəssisələrində, o cümlədən kurslarda təhsil bir gün müddətinə dayandırılmışdır."


Bundan əlavə, 10 yaş və daha kiçik övladı olan qadın dövlət qulluqçuları, hamilə və əlil işçilər inzibati icazəli sayılacaq.



Sizin reklam burada
Sizin reklam burada