Ankarada AMEA-nın 80 illiyi qeyd olunub

Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
18:29

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80-ci ildönümü qeyd olunub.

News365.az xəbər verir ki, Ankara Universitetinin ev sahibliyi ilə keçirilən yubiley mərasimində Universitetin rektoru Necdet Ünüvar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzeffer Şeker, TÜRKSOY-un baş katibi Sultan Raev, türkoloq Əhməd Bican Ercilasun, Türk Dil Qurumunun sədri Osman Mert, Türk Tarix Qurumunun sədri Yüksel Ozgen, Azərbaycan və Türkiyənin digər elm ictimaiyyəti iştirak edib.

Ankara Universitetinin rektoru Necdet Ünüvar hazırda gərginliyin yaşandığı dünyada Türkiyə ilə Azərbaycan arasındakı qopmayan bağın türk dünyasında yayılmasına diqqət çəkib: "Prezidentlərimizin açdığı yolda yürüməyə davam edirik”.

Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzeffer Şeker AMEA-nın 80 illik dönəmdəki araşdırmaları ilə türk dünyasına verdiyi töhfələrdən danışıb.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağçı deyib ki, Şuşa bəyannaməsi bütün sahələrdə olduğu kimi, elm sahəsində də geniş əməkdaşlıq qurmağa əsas verir.

Azərbaycanın Türkiyədəki səfirliyinin baş katibi Aygün Qocayeva çıxışında iki ölkə arasındakı elmi əməkdaşlıq məsələlərində səfirliyin fəaliyyətinə toxunub.


Sizin reklam burada
Sizin reklam burada