Ankarada ağır yol qəzasında 7 nəfər yaralanıb- VİDEO

Ankarada ağır yol qəzasında 7 nəfər yaralanıb- VİDEO
02 Fev 2025 10:01

Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.

Bu barədə İHA məlumat yayıb.

“Qəza Elmadağ rayonunda baş verib <…> Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada