Anar Ələkbərov FIA Senatına üzv seçildi

Anar Ələkbərov FIA Senatına üzv seçildi
15:50

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

News365.az xəbər verir ki, Senat FIA-nın ali idarəetmə orqanıdır.

Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir. 


Sizin reklam burada
Sizin reklam burada