Amerikalıların əksəriyyəti Trampın Rusiyaya yanaşmasını bəyənmir - Sorğu

Amerikalıların əksəriyyəti Trampın Rusiyaya yanaşmasını bəyənmir - Sorğu
15 Mar 2025 10:20

Xarici KİV ABŞ lideri Donald Trampla bağlı maraqlı məlumat yayıb. Qeyd edilib ki, SSRS tərəfindən keçirilən sorğuda iştirak edən amerikalıların əksəriyyəti prezident Donald Trampın həm Rusiya, həm də Ukraynaya münasibətini bəyənməyib. 


Araşdırmaya görə, respondentlərin 59%-i Vaşinqtonun Moskva ilə münasibətlərində Trampın hərəkətlərini qəbul etməyib. Təxminən 41% isə bunun əksini bildirib. Ukraynaya gəlincə, amerikalı respondentlərin 55%-i ABŞ prezidentinin Kiyevə qarşı hərəkətlərini bəyənmir, 44%-i isə Trampın hər şeyi düzgün etdiyinə inanır.

Bundan əlavə, respondentlərin 59%-i Trampın Ukrayna münaqişəsinə yanaşmasının Moskva ilə Kiyev arasında uzunmüddətli sülh gətirəcəyinə inanmır. Digər 41% isə əks fikirdədir.



Tural


Sizin reklam burada
Sizin reklam burada