Amerikalılar etiraz aksiyalarına SSRİ bayrağı ilə çıxırlar - FOTO (VİDEO)

Amerikalılar etiraz aksiyalarına SSRİ bayrağı ilə çıxırlar - FOTO (VİDEO)
09 İyn 2025 11:21

San-Fransiskoda ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə etiraz edənlər arasında SSRİ bayrağı ilə nümayiş keçirənlər də olub. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.


Kadrlarda nümayişə çıxmış və çiynində məşhur oraq və çəkicli qırmızı bayraq taxmış bir nəfər də görünür.


İyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla məmurlar arasında toqquşmaya çevrilib. Ağ Ev rəsmiləri Los-Ancelesdəki etirazları “qanunlara qarşı üsyan” kimi qiymətləndiriblər.


Tural


Sizin reklam burada
Sizin reklam burada