Amerikalı hərbçilər İrəvana gediblər

Amerikalı hərbçilər İrəvana gediblər
13:35

Ermənistanda 12-20 avqust tarixlərində keçiriləcək “Qartal Tərəfdaş–2025” birgə hərbi təlimlərində iştirak edəcək amerikalı hərbçilər İrəvandadırlar.

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hərbi təlimlər Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək.

Bu təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrika üzrə Quru Qoşunları komandanlığının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada