KIZILELMA-nın uğuru liderlikdən qaynaqlanır.
News365.az xəbər verir ki, Hindistanın Alpha Defense platforması KIZILELMA-nın uğurunun “ani inkişaf yox, vizyon və liderlik nəticəsi” olduğunu bildirib.
Quruma görə, Hindistanda illərdir hazırlanan mühərriklər hələ də hazır deyil, lakin kiçik startaplar az büdcə ilə daha güclü mühərriklər sınaqdan keçirir.
Platforma “bəzən çatışmayan texnologiya deyil, liderlikdir” ifadəsini işlədib və ironiya ilə “Mümkünsə, Selçuk Bayraktarı idxal edin” deyə əlavə edib.