Ukrayna Ali Radası baş nazir Denis Şmıqalın rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefasını dəstəkləyib.
News365.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Məlumata görə, qərarın lehinə 261 deputat səs verib. Ümumilikdə səsvermədə 320 deputat iştirak edib. Onlardan dördü bitərəf qalıb, 55 nəfər isə səsvermədə iştirak etməyib.
Qeyd olunub ki, iyulun 17-də Şmıqal müdafiə naziri təyin ediləcəyi, baş nazir postuna isə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko gətiriləcəyi gözlənilir.