Aİ İsrailə hücum fonunda İrana qarşı sanksiyaları genişləndirir

Aİ İsrailə hücum fonunda İrana qarşı sanksiyaları genişləndirir
18 Apr 2024 11:53

Avropa İttifaqı (Aİ) liderləri İranın son hücumu fonunda İsraillə tam həmrəy olduqlarını bəyan ediblər.

Bu barədə Brüsseldə keçirilən sammitin yekun sənədində qeyd olunub.

Onlar Tehrana qarşı sanksiyaları genişləndirməyə hazır olduqlarını vurğulayıblar.

“Aİ İrana qarşı, xüsusən də pilotsuz uçuş aparatları və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək”, - deyə sənəddə bildirilib.

Avropa Şurası, həmçinin bütün tərəfləri maksimum təmkinli olmağa və regionda gərginliyi artıra biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.


Youtube kanalımız

Oxşar xəbərlər